Apr 26, 2021 19:01 Asia/Baku
  • İran Xarici işlər Naziri, İraq Xarici işlər Naziri və Respublika başçısı ilə görüşdü

Qətərdəki görüşlərin ardından Bağdada keçən İran İslam Respublikası Xarici işlər Naziri Məhəmməd Cavad Zərif, İraq Xarici işlər Naziri və Respublika başçısı ilə ayrı-ayrı görüşdü.

SəhərAzəri xəbər verir ki,İran Xarici işlər Naziri Məhəmməd Cavad Zərif, bu gün Bağdada daxil olması ardından müqavimət şəhidləri üçün hörmət duruşunda oldu.

Ardından İran Xarici işlər Naziri Zərif, İraqlı əməkdaşı Fuad Hüseyn ilə bir araya gəldi.

Zərif, İraqlı əməkdaşı ilə müzakirədə Bağdadda korona xəstələrinin müalicə olunduğu xəstəxanada meydana gələn partlamada həyatını itirənlər üçün başsağlığı verdi.

Mübarək Ramazan ayının bölgə xalqları üçün bərəkət, rəhmət və barış ayı olması diləyində olan Zərif, İraqın bölgədəki əhəmiyyətli rolunu məmnuniyyətlə qarşıladığnı ifadə edərək, "Ümid edirəm İraqlı qardaşlarımızın oynadığı konstroktiv rolla bölgədə müsbət inkişaflara şahid olarıq." dedi.

İran Xarici işlər Naziri Zərif, bu gün ayrıca İraq Respublika başçısı Bərhəm Saleh ilə qarşılıqlı mövzular və bölgədəki təhlükəsizlik ilə əlaqədar məsələləri araşdırdı./

 

Teqlər