Apr 27, 2021 17:25 Asia/Baku
  • Nüvə sazişi üzrə birgə komissiyanın iclasının 3-cü mərhələsi başlayır

İran və "4+1" qrupuna üzv olan Fransa, Rusiya, Çin, İngiltərə və Almaniyanın Hərtərəfli Birgə Fəaliyyət Planı (JCPOA) çərçivəsində qurduqları birgə komissiyanın Vyanadakı danışıqlarının üçüncü mərhələsi bu gün başlayır.

SəhərAzəri xəbər verir ki, Adıçəkilən ölkələrdən olan yüksək səviyyəli diplomatlar Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik üzrə ali nümayəndəsi adından Aİ Xarici Əlaqələr Xidmətinin baş katibinin müavini və siyasi rəhbəri Enrike Moranın rəhbərliyi ilə keçiriləcək iclasda iştirak edəcəklər.  

Yerli vaxtla saat 10:00-da keçiriləcək iclasda İranı xarici işlər nazirinin müavini Seyid Abbas İraqçi təmsil edəcək.

Teqlər