Apr 29, 2021 09:40 Asia/Baku
  • Ruhani, hökumətin fəhlələrə tam dəstəyini vurğuladı

İran İslam Respublikasının prezidenti , hökumətin fəhləyə tam dəstəyini vurğuladı.

SəhərAzəri xəbər verir ki, İran İslam Respublikasının prezidenti  Həsən Ruhani,  dünən etdiyi çıxışda, fəhlə sinifi cəmiyyətinin problemlərinin peşəkar olduğunu və siyasi olmadığını və İranlı fəhlələrin quruluşun müxaliflərinin və bəxahlarının  siyasi sui istifadısinə icazə verməyəcəyini söylədi.

Ruhani, 1 May Beynəlxalq fəhlə Günü ərəfəsində bir qrup fəhlə ilə virtual görüşdə, "Bu gün, bu fəhlə sinifinin iş təhlükəsizliyi və dolanışıq qaynağı, mərhəmətsiz və insanlıqdan  xarici ABŞ sanksiyaları və Korona virusunun yayılmasıyla təhdid altındadır" dedi.

İran İslam Respublikasının prezidenti  , hər vaxt quruluşun və ölkənin kənarında dayanan, inqilabı və quruluşu müdafiə etməyin bütün səhnələrində iştirak edən fəhlələri cəmiyyətin onurğa sütunu adlandıraraq, ''İşçini təcid etmək  hər kəsin vəzifəsidir.'' dedi.

 

Ruhani, hökumətin fəhlələrin həyat şərtlərini yaxşılaşdırmaq üçün heç bir səydən əsirgəməyəcəyini və bundan sonra da bunun üçün lazımlı hər addımı atacağını söylədi.

 

Teqlər