May 02, 2021 22:23 Asia/Baku
  • Zərif: Aliməqamlı Rəhbərin şəfqətli sözləri mübahisələrə son nöqtəni qoydu

İranın XİN başçısı İslam İnqilabı Rəhbərinin xarici siyasətlə bağlı tövsiyələrini alqışladı.

SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd Cavad Zərif özünün instaqram hesabından verdiyi açıqlamada yazıb: Aliməqamlı Rəhbərin şəfqətli sözləri mən və həmkarlarım üçün höccət və ekspert mübahisələrinə son nöqtə oldu. İnqilab Rəhbərinin qərarlarına və fikirlərinə tabe olmaq ölkənin xarici siyasətinin inkaredilməz zərurətidir.

Nazir sonra qeyd edib ki, İranın xarici siyasəti milli ittifaq və həmrəyliyə söykənir və hakimiyyət məsələsi olduğundan ən yüksək səviyyədən idarə olunmalı və yönləndirilməlidir.

M.C.Zərif ümidvarlıq edib ki, digər dövlət xadimlərinin kənarında ölkənin inkişafına xatir İnqilab Rəhbərinin buyuruqlarına dəqiq əməl edəcəkdir.

 

Teqlər