Əl-Kazimi: "İran həmişə İraq hökumətini dəstəkləyib"
https://azeri.sahartv.ir/news/İran-i376833-Əl_kazimi_İran_həmişə_İraq_hökumətini_dəstəkləyib
İraqın baş naziri iranlıların realist olduqlarını və Bağdad hökumətini dəstəkləməyə çalışdıqlarını vurğulayıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
May 10, 2021 07:50 Asia/Baku
  • Əl-Kazimi:

İraqın baş naziri iranlıların realist olduqlarını və Bağdad hökumətini dəstəkləməyə çalışdıqlarını vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, İraqın baş naziri Mustafa Əl-Kazimi sionist rejimin Qüdsdə fələstinlilərə qarşı hücumuna reaksiyada vurğulayıb: "Münasibətləri normallaşdırma Fələstin xalqının hüquqlarını təmin etməyəcəksə, bizim fikrimizcə qəbuledilməzdir".

O, Əl-Cəzirə kanalı ilə müsahibədə qeyd edib ki, rəsmi Bağdad sionist rejimin Fələstin xalqına hücumlarını, həmçinin onların müqəddəs məkanlara girişlərinə mane olmasını qınayır.

İraqın baş naziri sözlərinin davamında İranla bağlı deyib: "İranlılar realist olduqlarını sübut ediblər və İraq hökumətini dəstəkləməyə və təxribatçıların hökuməti zəiflətməsinə mane olmağa çalışırlar".