May 16, 2021 16:00 Asia/Baku
  • İranlı futbolçu Asiya üzrə həftənin ən yaxşı legioneri olub

Porto futbol klubunun iranlı hücumçusu Asiya üzrə həftənin ən yaxşı legioneri olub.

SəhərAzəri-nin məlumatına əsasən, Portuqaliyanın Porto klubunun iranlı ulduzu Məhdi Taromi Asiya Futbol Konfederasiyası saytının rəy sorğusunda rəylərin 63 faizini qazanaraq, İngiltərənin Tottenhem klubunun koreyalı ulduzu Son Hın Mini arxada qoyaraq, Asiya üzrə həftənin ən yaxşı legioneri seçilib.

Taromi bundan öncə üç dəfə bu mükafatı qazanıb.

Məhdi Taromi 2020-2021 mövsümündə 25 effektiv qol ötürməsinə nail olan Portuqaliya liqasının ilk oyunçusu olub. O, bu yarışlarda on beş dəfə qol vurub və on qol ötürübdür.

İki digər iranlı legioner- Səid Ezzətollahi və Əmir Abedzadeh bu rəy sorğusunda müvafiq olaraq, səslərin səkkiz və yeddi faizini əldə edərək, köhnə qitənin həftə üzrə ən yaxşı legionerləri cədvəlində üçüncü və dördüncü yerlərdə durublar.

Teqlər