May 19, 2021 12:10 Asia/Baku
  • Vyana müzakirələrində yaxşı irəliləyişlər əldə olunub

İran xarici işlər nazirinin siyasi müavini Vyana müzakirələrində yaxşı irəliləyişlərin əldə olunduğunu bildirib.

SəhərAzəri-nin verdiyi məlumata görə, nüvə anlaşması üzrə birgə komissiyanın iclasından öncə danışan Seyyed Əbbas Əraqçi sonra bildirib ki, iki həftədən çox sürən müzakirələrdən sonra keçiriləcək bu iclasda bir yekunlaşdırma aparılacaq və yenidən heyətlər məşvərət üçün öz paytaxtlarına qayıdacaqlar.

İran İslam Respublikası vurğulayıbdır ki, Amerikanın bütün anti-İran sanksiyaları əməldə ləğv etməsindən və bu sanksiyaların ləğvinin yoxlanılmasından sonra öz nüvə anlaşması öhdəliklərinə geri dönəcəkdir.

Teqlər