May 31, 2021 14:22 Asia/Baku
  • İran və Azərbaycan su əməkdaşlıqlarının 50 illiyini qeyd ediblər

Bu gün İran və Azərbaycan Respublikasının Mil-Muğan və Araz su bəndlərindən birgə istifadə üzrə su həmkarlıqlarının əlli illik şənliyi keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən,Mərasimdə İranın energetika naziri Reza Ərdəkaniyan və Naxçıvan Muxtar Respublikasının baş naziri- Səbuhi Məmmədov iştirak və çıxış ediblər.

Sərhəd Araz çayının su təsisatlarının istifadəyə verilməsində iki ölkənin əlli illik əməkdaşlıqları barədə sənədlər və foto-şəkil sərgisində iştirak, bu mühüm hadisənin digər proqramlarındandır.

İran və Azərbaycan Respublikası iki müsəlman və qonşu ölkə kimi Araz çayı vasitəsilə müştərək sərhədə malikdirlər. Dostluq sərhədi sayılan Araz çayının üzərində indiyədək 1,2 milyard kubmetr tutuma malik Araz və 1,6 milyard kubmetr həcmli Xudafərin kimi əsas su bəndləri inşa olunaraq, istifadə edilməkdədirlər.

Həmçinin İran və Azərbaycan Respublikasının əməkdaşlığı ilə azsulu ərazilərdə kənd təsərrüfatının inkilşaf etdirilməsi məqsədilə sərhəd Araz çayının üzərində 60 milyon kubmetrlik tutuma malik olan və Şərqi Azərbaycan vilayətində yerləşən «Qız Qalası» və 32 milyon kubmetrlik tutumu olan və Ərdəbil vilayətində yerləşən Mil-Muğan kimi yan və tənzim edilən su bəndləri inşa edilibdir.

Teqlər