İyun 02, 2021 23:09 Asia/Baku
  • İran səhiyyə sektorunda İƏT üzvləri ilə əməkdaşlığa hazırdır

İranın səhiyyə, müalicə və tibbi təhsil naziri ölkəsinin İqtisadi Əməkdaşlıq Təşkilatı İƏT-ə üzv ölkələrlə konstruktiv əməkdaşlığa hazır olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Səid Nəməki İƏT-ə üzv ölkələrin səhiyyə nazirlərinin dördüncü iclasında deyib: "Koronavirus, dünyanın hökumətlərarası əməkdaşlığa hər zamankından daha çox ehtiyaclı olduğunu və bu pandemiyanın qlobal həll yolu olan qlobal bir problem olduğunu ortaya qoydu".

İranın səhiyyə naziri əlavə edib: "İqtisadi Əməkdaşlıq Təşkilatı birgə səylər, , üzv ölkələr arasında sıx mədəni əlaqələrin qurulması, keçmişdəki ortaq tarix və gələcək üçün birgə layihələr sayəsində əhəmiyyətli uğurlar əldə edib".

Teqlər