İyun 04, 2021 12:24 Asia/Baku
  • Netanyahu da tarixin zibilliklərinə tullandı

İran İslam Respublikasının xarici işlər naziri sionist rejimin baş nazirinin hakimiyyətdən çıxarılmasına işarə ilə yazıb ki; o da tarixin zibilliklərinə tullandı.

Məhəmməd Cavad Zərif tvitter-də yazıb ki, Netanyahu anti-İran əlbirləri olan Bolton, Tramp və Pompeonun tarixin zibilliklərinə doğru biabırçı səfərində onlarla yol yoldaşı oldu. İran isə başıuca durmaqda davam edir. Bu tale bir neçə min il ərzində iranlılara zərbə vurmaq istəyən bütün kəslər üçün təkrar olub. Yolun dəyişdirilməsi vaxtı gəlib çatıbdır.

Benyamin Netanyahunun rəqibləri nəhayət özlərinin qanuni möhlətlərinin son saatında yeni hökumətin təşkili barədə razılığa gəlməyi bacardılar.

Sionist medialar belə bir nazirlər kabinetinin yaradılmasını on iki il baş nazir olduqdan sonra Netanyahunun sonu hesab edirlər.

Teqlər