İmam Rza(ə)-ın pak zirehinin tozu alınıb
https://azeri.sahartv.ir/news/İran-i377977-İmam_rza(ə)_ın_pak_zirehinin_tozu_alınıb
Səxavət ongünlüyü ilə bir zamanda dünya şiələrinin səkkizinci imamı, İmam Rza(ə)-ın pak zirehinin tozu alınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 13, 2021 18:44 Asia/Baku
  • İmam Rza(ə)-ın pak zirehinin tozu alınıb

Səxavət ongünlüyü ilə bir zamanda dünya şiələrinin səkkizinci imamı, İmam Rza(ə)-ın pak zirehinin tozu alınıb.

SəhərAzəri-nin məlumatına əsasən, Rəzəvi səxavəti ongünlüyü ilə bir zamanda və İmam Rza(ə)-ın mövludu gününün ildönümü ərəfəsində o həzrətin pak zirehinin tozu alınıb və təmizlənibdir.

Bu mənəvi mərasim bu gün Astane Qodse Rəzəvi məsullarından bir qrupunun, ruhanilərin və pak Rəzəvi hərəminin xüddamlarının iştirakı ilə keçirilib.

Mövludxanlıq və Əhli-Beyt(ə) mədhiyyəçiliyi, bu mənəvi mərasimin tədbirlərindən olubdur.

Həzrət Məsumə(s.ə)-nın mövludunun ildönümü gününə təsadüf edən şənbə günü, iyun ayının on ikisindən dünya şiələrinin səkkizinci imamı, Həzrət İmam Rza(ə)-ın mövludunun ildönümü günü olan çərşənbə axşamı günü, iyunun on beşinədək olan müddət, «səxavət ongünlüyü» adlandırılıbdır.