Səud rejiminin qərarı Tehranda narazılıq doğurdu
İran Səudiyyə Ərəbistanının Həcc ilə bağlı qərarını tənqid etdi
İyun 14, 2021 22:59 Asia/Baku
İran İslam İnqilabı Rəhbərinin Həcc və Ümrə məsələləri üzrə nümayəndəsi Səudiyyə Ərəbistanının həcc ilə bağlı qərarını tənqid edib.
SəhərAzəri-nin məlumatına əsasən, höccətülislam seyid Əbdülfəttah Nəvvab deyib ki, Səudiyyə Ərəbistanı ötən il olduğu kimi, bu il də Həcc ilə bağlı qərarını həvəssiz elan edib, halbuki Riyad digər ölkələrdən də hacıları məhdud şəkildə olsə belə qəbul edə bilərdi. Səudiyyə Ərəbistanı İranla heç bir məsləhətləşmə aparmadan bu qərarı qəbul edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri Nazirliyi builki Həcc ziyarəti zəvvarlarının limitinin 60 min nəfər olduğunu və yalnız Səudiyyə Ərəbistanı vətəndaşlarının və ölkədə yaşama izni olanların Həcc ziyarətinə qatıla biləcəyini bildirib.