İyun 21, 2021 11:15 Asia/Baku
  • İranın nüvə sazişilə bağlı mövqeyi dəyişməyəcək

İranın baş nüvə müzakirəçisi yeni hökumətin nüvə sazişi ilə bağlı mövqeyindən danışdı.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikası xarici işlər nazirinin müavini və ölkəni nüvə danışıqlarında təmsil edən baş müzakirəçi Abbas Əraqçi iyunun 18 ölkədə keçirilən prezident seçkilərinin qalibi İbrahim Rəisinin nüvə sazişinə dair mövqeyindən danışıb. 

Abbas Əraqçi bildirib ki, Seyid İbrahim Rəisi realist və məntiqli bir siyasətçidir: "Yeni hökumətin formalaşmasından və səlahiyyətlərin dövr edilməsindən sonra nüvə sazişilə bağlı İranın mövqeyi dəyişməyəcək".

Teqlər