İyun 21, 2021 15:16 Asia/Baku

İran İslam Respublikasının yeni seçilmiş prezidenti hökumətinin prioritetlərindən danışdı.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi yerli və xarici jurnalistlər qarşısında çıxış edərək onların suallarını cavablandırıb.

İranın yeni prezidenti İbrahim Rəisi ABŞ-ın nüvə sazişini şətlərinə riyayət etmədiyini və razılaşmanı pozduğunu deyərək, ölkəsinə qarşı tətbiq edilən sanksiyaları ləğv etməli olduğunu açıqlayıb.  

O, bildirib: “ABŞ İrana tətbiq olunan sanksiyaları ləğv etmək məcburiyyətindədir, nüvə anlaşmasını pozdular, Avropa Birliyi də müqavilənin müddəalarına əməl etməyib."

Bundan əlavə, İran Prezidenti İbrahim Rəisi ABŞ Prezidenti Cozef Baydenlə görüşmək niyyətində olmadığını qeyd edib.  

Hökumətinin xarici siyasətindən danışan İbrahim Rəisi sonra bəyan edib ki, yeni hökumətdə prioritet qonşu ölkələrlə əlaqələrin inkişafı olacaq. Bu istiqamətdə Səudiyyə Ərəbistanı və İranın səfirlikləri açılmalıdır.

 İranın yeni seçilmiş prezidenti hökumətinin tərkibi barədə isə deyib: "Mən müstəqil namizəd kimi seçkilərə qatıldım və hansısa qrup və siyasi cərəyanın qarşısında deyil, Allaın hüzürunda məsulam."

O əlavə olaraq bildirib: "Vebsayt yaradacağam ki, media mənsubları, elita və vətəndaş cəmiyyəti ölkənin idarəçiliyi üçün daha vacib simaları mənə təqdim etsinlər, nazirlər və icra başçılarını onların arasından seçəcəyəm."

Seçki kampaniyası zamanı verdiyi vədlərə gəlincə cənab Rəisi vurğulayıb ki, korrupsiyaya qarşı mübarizə, əhalinin məişətini yaxşılaşdırmaq və sanksiyaların ləğvinə nail olmaq mənim hökumətimin əsas istiqamətlərini təşkil edəcək.

Onun sözlərinə görə, ölkədə korrupsiyanı çiçəkləndirən bütün təlimatlar və şərait ləğv olunacaq və yeni mexanizmlər tətbiq olunacaqdır.

 Rəisi insan haqlarının qorunmasına sadiq qaldığını da bildirib. Yen seçilmiş prezident bu barədə deyib: "Keçmişdə hakim və prokuror vəzifəsində olduğu kimi yenə də İran da daxil, dünyanın hər yerində insanların hüquqlarını müdafiə edəcəyəm."

 

Teqlər