Vyana müzakirələrinin çətin hissəsi qalmaqdadır
İran xarici işlər nazrinin müavini və Vyana müzakirələrində iranlı heyətin sədri deyib ki, Vyana müzakirələrinin çətin hissəsi qalmaqdadır.
SəhərAzəri-nin məlumatına əsasən, Seyid Abbas Əraqçi NHK telekanalı ilə müsahibədə bildiribdir ki, Vyana müzakirələri hər zamandakından daha çox anlaşmaya yaxınlaşıb və müzakirə tərəfləri qərara alıblar ki, bu raundda nəinki daha artıq məşvərətləri, həm də qərar çıxarmanı yekunlaşdırsınlar.
İran İslam Respublikası xarici işlər nazrinin siyasi müavini ümid etdiyini bildiribdir ki, müzakirələr İranın hazırkı dövlətinin fəaliyyəti dövründə başa çatacaq və hətta icra ediləcəkdir.
Əraqçi vurğulayıb ki, İran İslam Respublikasının milli maraqlarının qorunması olduqca önəmlidir.
İran İslam Respublikası xarici işlər nazrinin siyasi müavini və Vyana müzakirələrində iranlı heyətin sədri həmçinin İranın seçilmiş prezidenti Seyyed Ebrahim Rəisinin özəlliyinin izahı ilə bağlı sualın cavabında deyibdir ki, o, çox realist və məntiqlidir və dövlətin ötürülməsindən sonra belə, İranın mövqeyini dəyişməyəcəkdir.