İyun 23, 2021 17:29 Asia/Baku
  • İranda 1010 ton narkotik maddə aşkar edilidi-TƏCİLİ

İranın nizam-intizam qüvvələrinin narkotik maddələrlə mübarizə polisinin sədri deyib: "Son bir ildə ölkədə min 10 ton narkotik maddə aşkar edilib və bu sahədə dünya rekordu qırılıb".

SəhərAzəri-nin məlumatına əsasən, briqada generalı Məcid Kərimi İRİB xəbər agentliyi ilə müsahibədə əlavə edib: "Narkotiklərlə mübarizədə əsas problemimiz şərq qonşularımızdır, hansı ki, ildə 6000-10000 ton müxtəlif növ narkotik maddə istehsal edirlər və dünyada ən böyük narkotik maddə istehsalçıları hesab edilirlər. 

O, deyib: "Dünya tiryəkinin 90 faizi bizim şərq qonşularımızda istehsal olunur".

"Təəssüf ki, bu məsələdə qərb ölkələri onları dəstəkləyirlər, və modifikasiya edilmiş toxumlar verərək, narkotik maddələrin istehsalını artırıblar", - deyə İranın nizam-intizam qüvvələrinin narkotik maddələrlə mübarizə polisinin sədri qeyd edib. 

Sərdar Kərimi əlavə edib: "1010 ton narkotik vasitənin aşkar edilməsini nəzərə alaraq, İranda onların aşkar edilməsi keçən illərlə müqayisədə 24 faiz artıbdır".

Onun dediyinə görə, 2020-ci ildə İranın narkotiklərlə mübarizə polisinin əməkdaşlarından 8 nəfər şəhid olub, 30 nəfərdə qazi olubdur.

Teqlər