İyul 04, 2021 23:15 Asia/Baku
  • İranın 164 ixtirası beynəlxalq səviyyədə qeydə alınacaq

İran prezident administrasiyasının elm və texnologiya müavinliyinin «Patent» mərkəzi İranın 164 ixtirasının beynəlxalq səviyyədə qeydə alınmasını himayə edib.

Bu mərkəz bildirib ki, indiyədək ixtiranın patentini almaq üçün mərkəzə 2200-dən çox ərizə göndərilib. Onların arasından məzmun dəyərləndirməsindən sonra 364 iş təsdiq olunub.

İran prezident administrasiyasının elm və texnologiya müavinliyinin «Patent» mərkəzi ixtiraçılara doxsan faizdən çox dəstəyilə mötəbər idarələrdə ixtiranın beynəlxalq qeydiyyatı üzrə çətin yolda onları himayə edəcək.

ABŞ, Avropa Birliyi ölkələri, Kanada və Çin, mərkəzin beynəlxalq ixtiraları qeydə aldırdığı ölkələrdəndir.

Patent ideyanın oğurlanmasına mane olan bir qanundur.

Teqlər