İyul 14, 2021 18:39 Asia/Baku
  • General-polkovnik musəvi:

İran İslam Respublikası Ordusunun baş komandanı deyib: "Hazırda ölkə sərhədlərinin 90 faizdən çoxu müasir elektron avadanlıq və sistemlərlə izlənilir."

SəhərAzəri-nin məlumatına əsasən, general-polkovnik Əmir Əbdürrəhim Musəvi Doqarun quru keçidinə baxış keçirərkən, İRNA-ya verdiyi müsahibədə əlavə edib: "Ölkə sərhədlərinin monitorinqi əvvəlki illərdən fərqlənir və İranın sərhəd nəzarəti ildən-ilə yenilənir". 

O, Əfqanıstandakı son hadisələrə də toxunub və istənilən təhdidlə qarşılaşmağa hazır olan İranın silahlı qüvvələrinin bu cür hadisələrdən narahat olmadıqlarını və düşmənlərin İslami İranın əsgərləri qarşısında meydan oxumasına icazə verməyəcəklərini söyləyib.

İranın Rəzəvi Xorasan vilayətinin Əfqanıstanla 300 km sərhəddi var.

Teqlər