Avq 03, 2021 11:39 Asia/Baku
  • “İsrail gəmisinin İran tərəfindən vurulmasına aid bir sübut yoxdur”

Rəsmi Moskva İsrail gəmisinin İran tərəfindən vurulması ilə bağlı iddialara münasibət bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın Xarici İşlər Nazirliyinin Asiya ölkələri üzrə bölməsinin rəhbəri Zamir Kabulov son günlərdə Oman dənizində İsrail rejiminin şirkətinə məxsus gəminin vurulması və bunun ardından İran İslam Respublikasının ittihamlandırılmasına münasibət bildirib.

Rusiyalı rəsmi deyib ki, İsrailin Mercer street gəmisinə hücumda İranın rolu olması haqda heç bir sübut yoxdur. Əgər burada hər hansı bir dəlil olsa onda Rusiya da mövqeyini bildirəcəkdir.

Qeyd edək ki, bundan öncə ABŞ, Kanada, sionist İsrail, Britaniya və Rumuniya sözügedən hücumda İranı ittihamlandırıblar. ABŞ dövlət katibi Antonio Blinken məsələ ilə bağlı İrana “birgə və münasib cavab”ın verilməsi haqda açıqlama verib. Ölkələr qarşılıqlı şəkildə bir-birinin səfirlərini etiraz əlaməti olaraq XİN-ə çağırıblar.

Teqlər