Regionda “gəmilərə hücum”la bağlı ABŞ, Britaniya və İsrailə xəbərdarlıq edildi
https://azeri.sahartv.ir/news/İran-i379751-regionda_gəmilərə_hücum_la_bağlı_abŞ_britaniya_və_İsrailə_xəbərdarlıq_edildi
İranın İslam İnqilabının Keşikçilər Ordusunun komandanı rəsmi tvitter səhifəsi vasitəsilə, “İrana birgə şəkildə cavab” vermək istəyən Britaniya, ABŞ və İsrail tərəfinə cavab verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 05, 2021 06:41 Asia/Baku
  • Regionda “gəmilərə hücum”la bağlı ABŞ, Britaniya və İsrailə xəbərdarlıq edildi

İranın İslam İnqilabının Keşikçilər Ordusunun komandanı rəsmi tvitter səhifəsi vasitəsilə, “İrana birgə şəkildə cavab” vermək istəyən Britaniya, ABŞ və İsrail tərəfinə cavab verib.

SəhərAzəri-nin məlumatına əsasən, general-leytenant Hüseyn Səlami rəsmi tvitter səhifəsində yazıb: “Düşmənlər batil fikir və düşüncələrini başlarından çıxarsınlar. Çünki bizim cavabımız dağıdıcı və peşmanedici olacaq. Onlara tövsiyəmiz budur ki, İran xalqı ilə qarşılaşmaq cəbhəsinə daxil olmasınlar. Çünki biz möhkəm və müqavimət edənik.”

Qeyd edək ki, ötən həftə Oman dənizində sionist İsrail rejiminin şirkətinə məxsus gəmiyə “edilən hücum” və eləcə də iki gün öncə həmin sularda Britaniyaya məxsus olduğu deyilən gəminin “girov götürülməsi” cəhdi bölgədə vəziyyəti gərginləşdirib. İranın bu hadisələrin məsuliyyətini qətiyyətlə rədd etməsinə baxmayaraq, ABŞ dövlət katibi Antonio Blinken sərsəm bəyanat yayaraq, Tehrana “birgə və münasib cavab”dan söz açıb.