Avq 06, 2021 13:25 Asia/Baku
  • Rəisi Türkiyə
    Rəisi Türkiyə

İran prezidenti Tehran-Ankara münasibətlərini sırf qonşuluq münasibətlərindən daha geniş münasibət adlandırıb. Bildirib ki, qonşuluq siyasətinin uğuru İran ilə Türkiyə arasındakı çoxtərəfli bağların inkişafı və dərinləşməsindən aslılıdır.

SəhərAzəri-nin məlumatına əsasən, Ayətullah Seyid İbrahim Rəisi dünən Türkiyə parlamentinin sədri Mustafa Şentop ilə görüşdə sonra qeyd edib ki, müştərək inamlar iki ölkə xalqlarını bir-birilərinə çox yaxınlaşdırıb.

O, bildirib ki, İran İslam Respublikasının qarşıdan gələn dövrdəki xarici siyasəti, dost və qardaş ölkə olan Türkiyə ilə əlaqələrin müxtəlif sahələrdə maksimum səviyyədə genişləndirilməsidir.

Rəisi bildirib ki, Terhan vəAnkara,/ münasibətləri hərtərəfli şəkildə genişləndirmək üçün olduqca münasib bacarıq və imkanlara malikdirlər və onların anlaşma səviyyəsinin yüksəlməsi iki ölkənin regional və beynəlxalq səviyyələrdəki həmkarlıqlarını da daha təsirli şəkildə irəlilədə bilər.

Türkiyə parlamentinin sədri Mustafa Şentop da bu görüşdə özünün və Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın Ayətullah Rəisinin İran prezidenti kimi fəaliyyətə başlaması münasibətilə olan təbrikləri və müvəffəqiyyət arzularını bəyan edərək, belə söyləyib: İran-Türkiyə münasibətləri iki qonşunun səmimi əlaqələrindən daha genişdir və beynəlxalq səhnədə də sülh və asayişin reallaşması üçün böyük əhəmiyyətə malikdir.

 

Teqlər