Avq 08, 2021 14:04 Asia/Baku
  • İŞİD-in məğlubiyyəti Həşduşşəbi-nin mübarizələrinin nəticəsi olub

İran İslam Şurası Məclisinin sədri vurğulayıb ki, İŞİD-in məğlubiyyəti Həşduşşəbi-nin mübarizələrinin nəticəsi olub.

SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd Baqir Qalibaf İraq xalq səfərbər qüvvələri hərəkatı- Həşduşşəbi-nin rəisi Falih Əlfəyyaz ilə görüşdə bildirib ki, İŞİD-in məğlubiyyəti Həşduşşəbi-nin mübarizələri və şəhidlər Qasim Süleymani və Əbu Mehdi Əlmühəndisin yorulmaz rəşadətlərinin nəticəsi olub.

Bu görüşdə İran İslam Respublikasının himayələrinə görə təşəkkür edən Əlfəyyaz da İranın dövlətinə və İran İslam Şurası Məclisinə uğurlar diləyib.

Tərəflər bu görüşdə son İraq və region olayları ətrafında danışıb və Həşduşşəbi-nin İraqın təhlükəsizliyinin təmin edilməsindəki müsbət rolunu qeyd ediblər.

İran İslam Şurası Məclisinin sədri və İraq xalq səfərbər qüvvələri hərəkatı- Həşduşşəbi-nin rəisi, şəhid Hacı Qasim Süleymaninin və şəhid Əbu Mehdi Əlmühəndisin rəşadətlərininin xatirəsini əziz tutublar.

Teqlər