ABŞ-ın beynəlxalq səhnədəki əsas uğursuzluğu İraqda baş verib
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı deyib ki, ABŞ-ın beynəlxalq səhnədəki uğursuzluğunun mühüm hissəsi İraqda baş verib.
General-leytenant pasdar Hüseyn Səlami Həşduşşəbi-nin rəisi Falih Əlfəyyazla görüşdə Həşduşşəbi-nin İraq xalqının İŞİD üzərindəki qələbəsində, həmçinin bu ölkənin təhlükəsizliyi və sabitliyinin təminində oynadığı strateji rolu yüksək dəyərləndirərək, deyib ki, İraqda formalaşan müqavimət amerikalıları zəiflədərək, sıradan çıxarıb və xərclərini artırmaqla onları dilemma qarşısında qoydu ki; əgər qalsalar, zərər çəkəcəklər, yox əgər İraqdan çıxarlarsa, məğlub olmuş olacaqlar.
İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı sonra belə deyib: Əsas sözlər həmişə meydanda söylənir və əsl siyasi güclər meydan gücləridirlər və Həşduşşəbi bu sahədə fövqəladədir.
Həşduşşəbi-nin rəisi Falih Əlfəyyaz da İraq xalqına və Həşduşşəbi-yə dəstək verdiklərinə görə, İran xalqı və İslam İnqilabı Keşikçiləri Korpusuna təşəkkür edib. Bildirib ki, bu gün Həşduşşəbi öz varlığına görə, öz canlarını fəda etmiş Hacı Qasim Süleymaniyə və Əbu Mehdi Əlmühəndisin səylərinə borcludur.