Avq 09, 2021 19:45 Asia/Baku
  • İran və Fransa prezidentləri arasında telefon danışığı olub

İran İslam Respublikası prezidenti deyib: " İran dövləti Fransa ilə əlaqələri qarşılıqlı ehtiram və müştərək mənafe əsasında inkişaf etdirməyi alqışlayır".

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisi, Fransa prezidenti Emmanuel Makron ilə baş tutan telefon danışığı zamanı ABŞ-ın öhdəliklərini dəfələrlə və kobud şəkildə pozduğuna, habelə nüvə anlaşmasında iştirak edən üç Avropa dövlətinin bu beynəlxalq müqavilə üzrə öhdəliklərinə əməl etməməsinə toxunaraq, deyib: "Amerikalılar yeni sanksiyalar tətbiq etməklə öz öhdəliklərini açıq şəkildə pozur və hətta yeni sanksiyalarını humanitar sektora da tətbiq etdilər".

Həm ABŞ -ın, həm də avropalıların nüvə anlaşması ilə bağlı öhdəliklərini yerinə yetirməli olduqlarını vurğulayan Reisi, qeyd edib ki, hər hansı bir nüvə danışıqları prosesində İran xalqının hüquqları qorunmalı və millətimizin mənafeləri təmin edilməlidir".

İran prezidenti əlavə edib: "İran İslam Respublikası, Fars Körfəzi bölgəsində və Oman dənizində təhlükəsizliyin təmin edilməsi və önləyicilik mövqeyinin qorunmasında çox ciddidir və dəniz təhlükəsizliyinə zərər verənlərə qarşı çıxacaq" 

Teqlər