Avq 12, 2021 09:43 Asia/Baku
  • Tehran hər iki dövlətə xəbərdarlıq etdi

Britaniya və Rusiya səfirlərinin paylaşdığı foto İran İslam Respublikasında etirazlara səbəb olub.

SəhərAzəri-nin məlumatına əsasən, Britaniya və Rusiyanın İrandakı səfirləri ötən gün görüşərək 1943-cü ildə Stalinin, Çörçilin və Ruzveltin Tehrandakı məşhur görüşünü xatırladan yeni foto yayımlayıblar. İran rəsmiləri bu paylaşıma sərt reaksiya veriblər.

1943-cü ildə İranın işğalı zamanı çəkilən məşhur Ruzvelt, Stalin və Çörçil üçlüyünün görüşünü xatırladan yeni fotoda üçüncü oturacaq olsa da yalnız ABŞ səfiri orada görünməyib.

Bu paylaşıma reaksiya gecikməyib. İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif paylaşım edərək, 2021-ci ilin 1943 və ya 1941 olmadığını bildirib. Paylaşımda yerləşdirilən fotonu yersiz adlandıran cənab Zərif bildirb ki, indi heç kim İran xalqının əvəzinə qərar verə bilməz.

Eyni zamanda İran Parlamenti-İslam Şurası Məclisinin sədri Məhəmməd-Baqir Qalibaf hər iki ölkənin səfirərinin XİN-ə çağırılması və onlara etirazın bildirilməsini istəyib.

Cənab Qalibaf bildirib ki, Rusiya və Britaniya səfirlərinin diplomatik və uyğun olmayan davranışları Xarici İşlər Nazirliyi tərəfindən təcili olaraq təqib edilməlidir. Hər iki səfir öz əməllərinə görə rəsmi olaraq üzr istəməlidir, əks halda diplomatik kanallar vasitəsilə lazımi tədbirlər görülməlidir.

İran rəsmilərinin etirazının ardınca Rusiyanın Tehrandakı Səfirliyi öz tvitter hesablndan izahat verərək İran xalqı və dövlətindən üzr istəyib. 

Teqlər