İranda Aşura əzadarlığı
İslami İranın mömin və əzadar xalqı Aşura günündə Kərbəla şəhidlərinin ağası, şiələrin üçüncü imamı Həzrət İmam Hüseyn(ə)-ın və o həzrətin vəfalı köməkçilərinin şəhadətlərinin matəmində əzadarlıq edib.
SəhərAzəri-nin məlumatına əsasən, Məhərrəm ayının onuncu gününün əzadarlıq mərasimi bu gün səhər saatlarından hüseyniyyələr, təkyələr, məscidlər və üstüaçıq məkanlarda səhiyyə protokollarına riayət edilməklə keçirilib.
İslami Vətənin hər bir yerində Hüseyn(ə) əzadarlığı mərasimi günortayadək davam edib və əzadarlar sonda Həzrət İmam Hüseyn(ə)-ın və o həzrətin vəfalı köməkçilərinin günorta namazının xatirəsinə Aşura günorta namazını qılıblar.
Şami-Qəriban mərasimi də Aşuranın qürub çağında bütün ölkə boyu keçiriləcək.
İran xalqından çox sayda insan da Hüseyn(ə) əzadarlığını İran İslam Respublikasının televiziya və radio kanalları vasitəsilə mənzillərdən və televiziya hüseyniyyəsi ilə keçirib.