Şəhid Süleymaninin Əfqanıstan açıqlaması gündəmə gəldi
https://azeri.sahartv.ir/news/İran-i380294-Şəhid_süleymaninin_Əfqanıstan_açıqlaması_gündəmə_gəldi
İranın sui-qəsdlə şəhid olmuş məşhur generalı Hacı Qasim Süleymaninin ABŞ-ın bölgədə məğlub olması və Əfqanıstan xalqına xəyanəti ilə bağlı sözləri KİV-də öz əksini tapıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 20, 2021 11:50 Asia/Baku
  • Şəhid Süleymaninin Əfqanıstan açıqlaması gündəmə gəldi

İranın sui-qəsdlə şəhid olmuş məşhur generalı Hacı Qasim Süleymaninin ABŞ-ın bölgədə məğlub olması və Əfqanıstan xalqına xəyanəti ilə bağlı sözləri KİV-də öz əksini tapıb.

SəhərAzəri-nin məlumatına əsasən, Şəhid Süleymanidən gətirilən sitat belədir:  

"Taliban"la mübarizə bəhanəsi ilə Əfqanıstana girdilər və bu gün Əfqanıstan əvvəlkindən daha təhlükəli haldadır və ABŞ hazırda özünü Əfqanıstandan xilas etməyə çalışır. Təhlükə ABŞ-ın ayağının dəydiyi hər yerdə ABŞ-ın şəxsiyyətinin ayrılmaz bir hissəsidir, oradakı zalımların şəxsiyyətinin ayrılmaz bir hissəsidir.   Əfqanıstan və İraq xalqından amerikalıları tərifləyən və onlara təşəkkür edən bir nəfər də tapa bilməzsiniz.   ABŞ niyə dəyər yaratmır? İraqa baxın, Əfqanıstana baxın. ABŞ burada heç bir dəyər yaratmadı və oralara dağıntı, fəsad, məğlubiyyət, parçalanma və riyakarlıqdan başqa bir şey gətirmədi".