Avq 21, 2021 18:54 Asia/Baku
  • Rusiya 2021 Beynəlxalq Hərbi Yarışların təfərrüatı açıqlanıb

Ordunun bədən tərbiyəsi və təlim üzrə sədr müavini general-mayor Əmir Əlirza Şeyx bu gün mətbuat konfransında cari ildə Rusiyada keçiriləcək Beynəlxalq Hərbi Müsabiqəni şərh edib.

SəhərAzəri-nin məlumatına əsasən, Əmir Əlirza Şeyx deyib: "Rusiya 2016-cı ildə hərbi yarışların əsasını qoydu ki, İranda sözü gedən yarışların ilk turunda iştirak etdi və 17 komanda ilə yarışlara yollandı, amma 2020-ci ildə komandaların sayı azaldı belə ki, cari ildə SEPAH-dan 13, Nizam-intizam Qüvvələrindən 3 və Ordudan 6 komanda bu yarışlarda iştirak edəcəklər.

O, əlavə edib: "Bu il ordu digər ölkələrdən 390 əsgəri üç fənn üzrə qəbul edəcək; Bu yarışlarda iştirak etmək bir çox hərbi bilik və əlaqədar təlimlərin dəyişdirilməsinə səbəb olub". 

Əmir Şeyx sözlərinin davamında deyib: "Təlimlərin effektivliyinin ölçülməsi, günün təhdidlərinə uyğun olaraq, əməliyyat və taktiki standartların bərpası, silahlı qüvvələrin komandanlarının bu illər ərzində Rusiya hərbi yarışlarında iştirakının nəticələrindəndir". 

"Konarək limanında dərin dalğıclıq sahəsində dörd ölkəyə, İsfahanın Şahinşəhr şəhərində silah ustaları sahəsində 5 ölkəyə və Rusiyanın dəniz donanmasının komandirinin iştirakı ilə Ənzəli limanında "Dəniz Kuboku" sahəsində 4 ölkəyə ev sahibliyi edəcəyik", deyə , o, qeyd  edib.  

Ordunun bədən tərbiyəsi və təlim üzrə sədr müavini digər ölkələrin komandalarına ev sahibliyi edərkən səhiyyə protokollarına ciddi riayət edildiyini vurğulayaraq, əlavə edib: "Biz heç bir ölkəni birbaşa dəvət etmirik, ancaq ev sahibliyi edən ölkələrin adı yarışların saytında yer aldıqdan sonra digər ölkələr yarışlara qatılmaqda maraqlı olduqlarını elan edirlər və buna uyğun olaraq müraciət edənlərə dəvətnamə göndərilir. 

O, bu yarışmaların sabahdan etibarən 12 gün müddətinə keçiriləcəyini açıqlayıb. 

Teqlər