İranın Ənzəli liman sularında keçirilən
“Dəniz kuboku” müsabiqəsində yeni nəticələr
Avq 29, 2021 13:33 Asia/Baku
“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində İranın Ənzəli şəhərində keçirilən “Dəniz kuboku” müsabiqəsinin növbəti mərhələsi keçirilib.
SəhərAzəri-nin verdiyi məlumata görə,Hərbi dənizçilər müsabiqənin “Dəniz hazırlığı” mərhələsində gəminin lövbərə və çəlləyə dayanması tapşırıqlarını yerinə yetiriblər.
Hakimlər komissiyasının qərarına əsasən bu mərhələdə Rusiya komandası 38 xalla birinci, Qazaxıstan və İran komandaları 36 xalla ikinci, Azərbaycan HDQ-nin komandası isə 32 xalla üçüncü yerə layiq görülüblər.
Ümumi xal hesabına görə isə İran komandası 94 xalla müsabiqənin lideridir. Qazaxıstan komandası 85 xalla ikinci, Rusiya komandası 84 xalla üçüncü, Azərbaycan hərbi dənizçiləri isə 80 xalla dördüncü yerdə qərarlaşıblar.