Sen 06, 2021 10:38 Asia/Baku
  • Rəisi ilə Makron arasında telefon danışığı olub

İran İslam Respublikasının prezidenti Fransa prezidenti ilə telefon danışığı zamanı, İranın Fransa ilə əlaqələrin xüsusilə də iqtisadi və ticarət sahələrində inkişafını məmnuniyyətlə qarşıladığını vurğulayıb.

SəhərAzəri-nin verdiyi məlumata görə, Seyid İbrahim Rəisi Emmanuel Makron ilə baş tutan telefon danışığında deyib: "Avropa ilə hərtərəfli əməkdaşlığa Fransadan başlamağa hazırıq".

Rəisi terrorizmi yaxşı və ya pisə bölən bəzi ölkələrin siyasətlərini qınayaraq, vurğulayıb: "İran İslam Respublikası terrorun istənilən formasını qınayır və Dəməşqdəki İŞİD-lə, İraqdakı və Xorasandakı İŞİD arasında heç bir fərq görmür".

Rəisi nüvə müzakirələri haqda deyib: "Biz faydalı və məhsuldar danışıqların əleyhinə deyilik, amma danışıqların məqsədi və nəticəsi İrana qarşı sanksiyaların aradan qaldırılması olmalıdır və sırf müzakirə naminə müzakirə faydasızdır ".

Fransa prezidenti də bu telefon danışığında əfqan mühacirlərin İranda olmasına toxunaraq, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının bu sahədə İrana  yardım göstərməsinin və əməkdaşlığının vacibliyini vurğulayıb.

Teqlər