Xətibzadə: "İran Əfqanıstan xalqının yanındadır"
İranın Xarici İşlər Nazirliyinin sözçüsü deyib: "İran Əfqanıstanda sülh və sabitliyin yaradılması üçün Əfqanıstan xalqının yanında olub və olacaq da".
SəhərAzəri-nin verdiyi məlumata görə, Səid Xətibzadə keçirdiyi həftəlik mətbuat konfransında, İranın Əfqanıstanın çərçivəsi və iradəsi əsasında bu ölkədə təhlükəsizlik yaratmağa kömək etdiyini qeyd edib.
Xətibzadə Pəncşirin Taliban tərəfindən ələ keçirməsi haqqında deyib: "Pəncşir-dən gələn xəbərlər narahatlıq doğurur. Dünənki hücumları şiddətlə qınayırıq, Əfqanıstan liderlərinin şəhid olması çox kədərlidir. Xarici müdaxilə araşdırılır. Əfqanıstan tarixi göstərib ki, birbaşa və dolayı xarici müdaxilə işğalçı qüvvələr üçün məğlubiyyətdən başqa bir nəticə verməyib. Əfqanıstan xalqı müstəqil bir xalqdır və Əfqanıstanın daxili işlərinə hər hansı bir xarici müdaxilə məhkumdur."
İran Xarici İşlər Nazirliyinin sözçüsü, İranın Əfqanıstan xalqının əziyyətlərinə son qoymaq və əhatəli bir hökumət qurmaq üçün hər cür səy göstərməyə hazır olduğunu bəyan edərək, deyib: "Ciddi bir xəbərdarlıq edirəm bütün qırmızı xətlərə riayət olunmalıdır. İran Əfqanıstanda baş verənləri yaxından izləyir. Beynəlxalq təşkilatlar, bölgə ölkələri ilə birlikdə, Əfqanıstanda sülh və sabitliyi təmin etmək vəzifəsinə malikdirlər".
Xətibzadə əlavə edib: "Əfqan qruplarına bu ölkədə davamlı sülhün bərqərar edilməsi üçün kömək edəcəyik. Ali Məqamlı Rəhbərini buyurduğu kimi gələcək hökumətin və hakimiyyətdə olan qrupların davranışları İranın və beynəlxalq ölkələrin onlara qarşı davranışlarını müəyyən edəcək. Nə qədər məsuliyyətli davransalar, bir o qədər, beynəlxalq quruluşdan, region ölkələrindən və İrandan daha doğru cavab alacaqlar".