Sen 08, 2021 14:44 Asia/Baku
  • İranın iki hərbi gəmisinin beynəlxalq sularda uğuru

İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı deyib: "Tamamilə İran konstruksiyası olan Səhənd destroyeri və Məkran gəmi-limanı beynəlxalq suları, uzaq suları və dünyanın vəhşi okeanı olan Atlantik okeanının sərt mühitini uğurla qət edə biliblər".

SəhərAzəri-nin verdiyi məlumata görə, kontr-admiral Şəhram İrani İran televiziyasının xəbər kanalına verdiyi müsahibədə, Səhənd destroyeri və Məkran gəmi-limanından ibarət olan 75-ci eskadranın İranın ərazi sularına daxil olduğunu və yaxın bir neçə gün ərzində yan alacaqlarını bəyan edərək, əlavə edib: "Bu eskadran dörd aydan çoxdur ki, bu missiyanı uğurla yerinə yetirir və tamimilə İran məhsulu olan Səhənd destroyeri və Məkran gəmi-limanı okeanlar və dənizlərdə qırx beş min kilometrdən çox bir məsafəni qət ediblər".

İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı, bu eskadranın Hind, Cənubi və Şimalı Atlantik okeanlarından keçdiyini bəyan edib.

kontr-admiral Şəhram İrani bildirib ki, 75-ci eskadranın tapşırığı göstərdi ki, ordunun dəniz qoşunları qüdrət və özünəinamın kulminasiya nöqtəsindədir və İran İslam Respublikasının dünya səviyyəsindəki qüdrətini dünyaya göstərirlər.

İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanının dediyinə görə, Səhənd destroyeri yerli elm, bilik, sənaye və texnologiya ilə inşa edilib və Cəmaran destroyeri nəslindəndir və onun texnikası yenilənib.

Teqlər