Əfqanıstanın qonşularının növbəti iclası Tehranda keçiriləcək
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi bildirib ki, Əfqanıstanın qonşularının xarici işlər nazirlərinin növbəti iclası Tehranda keçiriləcək.
SəhərAzəri-nin verdiyi məlumata görə, Məcid Təxte Rəvançi BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışında deyib ki, Əfqanıstan böhranlı bir zaman kəsiyindən keçməkdədir.
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi sonra bildirib ki, bu durum, hər şeydən qabaq ABŞ-ın və digər xarici qüvvələrin Əfqanıstana müdaxilələri və oradan məsuliyyətsizcəsinə çıxmalarının birbaşa nəticəsidir.
Təxte Rəvançinin sözlərinə görə, amerikalılar və qərblilər Əfqanıstana girərkən əfqanlar üçün müsibəti müjdə gətirdi və oranı tərk edəndə də arxalarınca fəlakət qoyub getdilər.
«Əfqanıstanda milyonlarla nəfər ehtiyaclının ilkin ehtiyaclarının təmini vacibliyinə görə, Tehran, İranın limanları, aeroportları, dəmir və şose yolları, həmçinin sərhəd keçidləri vasitəsilə bu ölkəyə humanitar yardımların köçürülməsini asanlaşdırmağa hazırdır»- deyə, İranın BMT-dəki səfiri və daimi nümayəndəsi bildirib.
Təxte Rəvançi həmçinin deyib ki, İran qırx ildən çox müddət ərzində milyonlarla əfqan mühacirə ev sahibliyi edib və son böhrandan sonra daha çox sayda miqrant İran ərazisinə daxil olubdur.