İran futbolunun Asiyadakı uğurları
İranın “Perspolis” futbol komandasının baş məşqçisi Asiya Çempionlar Liqasının qrup mərhələsinin ən yaxşı məşqçisi seçilib.
SəhərAzəri-nin verdiyi məlumata görə, Asiya Futbol Konfederasiyası özünün ən yeni sorğusunda 2021-ci il Asiya Çempionlar Liqasının qrup mərhələsində ən yaxşı məşqçini seçməyə başlayıb və istifadəçilərin ən çox səsini toplayan Yəhya Gülməhəmmədi bu yarışlarda iştirak edən ən yaxşı məşqçi kimi seçilib.
İranın «İstiqlal» futbol komandasının baş məşqçisi Fərhad Məcidi də Gülməhəmmədidən sonra ikinci ən yaxşı məşqçi seçilib.
İranın “Perspolis” futbol komandası Asiya Çempionlar Liqası yarışlarının qrup mərhələsində beş qələbə, bir məğlubiyyət və on beş xalla beşinci qrupa başçılıq edib, «İstiqlal» isə üç qələbə, iki heç-heçə və bir məğlubiyyətlə üçüncü qrupda birinci olub.