Sen 12, 2021 15:18 Asia/Baku
  • İran və AEBA
    İran və AEBA

Tehranda İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin birgə bəyanatı yayılıb.

SəhərAzəri-nin məlumatına əsasən, İran və MAQATE-nin birgə bəyanatında bildirilir ki, müəyyən edilmiş nəzarət təchizatlarına texniki xidmət və birgə plomb altında İranda saxlanılacaq onların yaddaş kartlarının dəyişdirilməsi ilə əlaqədar, agentliyin müfəttişlərinə addım atmaq icazəsi veriləcək.

Bu gün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossinin Tehrana səfəri və İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının sədri Məhəmməd Salami ilə görüşü ilə bir zamanda birgə bəyanat yayılıb.

Bəyanatın mətni belədir:

Tərəflər əməkdaşlıq ruhu, qarşılıqlı inam və onun davam etməsinin önəmi, həmçinin yalnız texniki və konstruktiv bir atmosferdə ikitərəfli mövzulara baxılması zərurətini xatırladıb və yenidən vurğulayıblar. Tərəflər arasında mövcud olan anlaşma və həmkarlıqlar çərçivəsində iki tərəf əlaqədar səviyyələrdə qarşılıqlı görüşləri davam etdirmək qərarına gəlibdir.

Bu istiqamətdə İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının sədri agentliyin ümumi konfransının kənarında baş direktorla görüşəcək və baş direktor da hər iki tərəfi maraqlandıran hazırkı mövzular barədə bəhs etmək və müxtəlif sahələrdə İran-MAQATE əməkdaşlıqlarını gücləndirmək istiqamətində İran İslam Respublikasının dövlətilə yüksək səviyyədə məşvərətlər aparmaq məqsədilə yaxın gələcəkdə Tehrana səfər edəcək.

Müəyyən edilmiş nəzarət təchizatlarına texniki xidmət və birgə plomb altında İranda saxlanılacaq onların yaddaş kartlarının dəyişdirilməsi ilə əlaqədar, agentliyin müfəttişlərinə addım atmaq icazəsi veriləcək.

Bu addımın atılması tərzi və zamanı, qarşılıqlı şəkildə razılaşdırılıb.

 

Teqlər