Sen 14, 2021 00:16 Asia/Baku
  • Zaxarova:

Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü nüvə anlaşmasının canlandırılmasının ən qısa yolunun İran və ABŞ-ın eyni zamanda öhdəliklərinə qayıtmaları olduğunu bəyan edərək, deyib: "Rusiya nüvə anlaşması iştirakçılarının ən tez bir zamanda Vyana danışıqlarına qayıtmasına kömək etməyə hazırdır"

SəhərAzəri-nin məlumatına əsasən, Mariya Zaxarova bir bəyanatda, Moskva İranın nüvə təsisatlarında müşahidə cihazlarının texniki xidməti haqqında Tehran ilə MAQATE arasında əldə edilən razılaşmanı alqışladığını bildirib və yazıb: " Moskva nüvə anlaşmasının bütün tərəfdaşlarını ən qısa bir zamanda müzakirə masasına qayıtmağa çağırır".

Zaxarova qeyd edib ki, nüvə anlaşmasının canlandırılmasının ən qısa yolu Vaşinqton və Tehranın nüvə anlaşması və BMT-nin 2231 saylı qətnasi ilə müəyyən edilmiş öhdəliklərinə heç bir əlavə və ya istisna olmadan qayıtmasıdır". 

Teqlər