Sen 16, 2021 12:19 Asia/Baku
  • İran, Atom Agentliyinin sionist rejimin atom arsenalı qarşısında susmasını tənqid edib

İranın Vyanadakı səfiri Atom Enerjisi Üzrə Beynəlxalq Agentlik AEBA-nın sionist rejimin atom bombaları ilə dolu olan atom arsenalı (zərradxana) qarşısında susmasını tənqid edərək, deyib: "Beynəlxalq ictimaiyyət və AEBA, 50 ildən çoxdur ki, bu rejimin fəaliyyətinə göz yumur və heç bir nəzarətləri yoxdur".

SəhərAzəri-nin məlumatına əsasən, İranın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi və səfiri Kazim Qəribabadi bu sözləri Atom Enerjisi Üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasının iclasında sionist rejimin nümayəndəsinə xitabən deyib, hansı ki, AEBA-nın son yeddi ayda və İran İslam Şurası Məclisi tərəfindən sanksiyaların ləğvi və İran xalqının hüquqlarının qorunması üçün strateji fəaliyyət qanununun qəbul edilməsindən bəri İranın nüvə fəaliyyətlərinə göz yumduğunu iddia edib. 

Qəribabadi deyib: "Tərksilah və Silahlara nəzarət haqqında heç bir razılaşmaya sadiq olmayan bir rejimin nümayəndəsinin bu məsələni qaldırması tamamilə gülüncdür. Əgər İran haqqında 7 aydan bəhs edilirsə, baxmayaraq ki, bunun özü də demaqoqiyadır, çünki İran NPT çərçivəsində öz öhdəliklərini yerinə yetirir, amma beynəlxalq ictimaiyyət və agentlik artıq 50 ildir ki, bu rejimin fəaliyyətlərinə gözlərini yumub və heç bir nəzarətləri yoxdur".

"Daha təəssüfləndirici məsələ agentliyin bu sahədə qəsdən susmasıdır", - deyə Qəribabadi əlavə edib.

Teqlər