Şanxay Əməkdaşlıq Təşkilatının Tehran üçün əhəmiyyəti
İranın ŞƏT-ə üzvlüyü onu “təcrid etmə” planını fiaskoya uğratdı
Sen 18, 2021 12:40 Asia/Baku
İran İslam Respublikası xarici işlər nazirinin müavini bəyan edib ki, İranın Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv olması ABŞ və Qərb tərəfondən təcrid etmə planının üstündən qırmızı xətt çəkdi.
SəhərAzəri-nin məlumatına əsasən, Qərbin təkvektorlu siyasətlərinin iflasa uğradını xatırladan Əlirza Həqiqiyanın sözlərinə görə, ŞƏT hövzəsindəki gələcək əməkdaşlıqlar çoxvektorluluq sistemini gücləndirəcəkdir.
İran XİN-in Avrasiya Ölkələri üzrə baş müdiri qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının iki daimi üzvü-Rusiya və Çinin Şanxay Əməkdaşlıq Təşkilatında təyinedici rolu regionda sabitlik üçün yaxşı dayaqdır və gələcək perspektivin aydın olduğunu göstərir.