Sen 23, 2021 21:22 Asia/Baku
  • bir tondan çox narkotik aşkar edilib
    bir tondan çox narkotik aşkar edilib

İran İslam Respublikasının Nizam-İntizam Qüvvələrinin Sərhəd Qoşunları komandanı ölkənin Sistan və Bəluçestan vilayətinin sərhədçiləri tərəfindən bir tondan çox narkotik maddənin aşkar edilməsindən xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, General pasdar Əhməd Əli Qudərzi bildirib ki, Səravan sərhəd alayının sərhədçiləri sərhəd bölgələrində hərəkətləri izləyib, informasiyalar əldə etməklə iki mənzildə təftiş zamanı qaçaqmalçını həbs etməklə bərabər, müəyyən miqdarda hərbi sursatla yanaşı, bir ton 177 kilo 950 qramlıq narkotik maddə aşkar etməyə müvəffəq olublar.

«İslami İranın müqəddəs quruluşunun düşmənləri bilməlidirlər ki, bu gün İranın mübariz sərhədçiləri hər zamandakından daha çox əziz vətənimizin ərazisinə qarşı hər hansı təcavüzə cavab vermək hazırlığı və qüdrətinə malikdirlər və daima iti gözlərlə ölkəmizin sərhədlərində böyük İran xalqı üçün nümunəvi bir təhlükəsizlik müjdə gətirəcəklər.»-deyə, İran İslam Respublikasının Nizam-İntizam Qüvvələrinin Sərhəd Qoşunları komandanı qeyd edib.

İran İslam Respublikası sanksiya şəraitinə rəğmən, ötən bir il ərzində 950 tondan çox narkotik aşkar və müsadirə etməklə dünyada ən çox narkotik maddənin üzə çıxarılmasını özünə aid edibdir.

 

Teqlər