İranda yeni təhsil ili başlayıb
Sen 25, 2021 13:02 Asia/Baku
İran İslam Respublikası prezidentinin iştirakı ilə, Şəhre-Reydə 2021-2022-ci təhsil ilinin "ilk zəng"i çalınıb.
SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi Şəhre-Reyin "Saleh Abad" bölgəsində, Şəhid Fuladfər adına məktəbdə olaraq, şagirdlərin qarşısına çıxıb və yeni təhsil ilinin ilk zəngini səsləndirib.
Mərasimdə , prezident Administrasiyasının rəhbəri Qulam Hüseyn İsmayili və İranın Təhsil nazirliyinin müvəqqəti başçısı Əlirza Kazimi də iştirak ediblər.
Nazirlər Kabinetinin bir neçə üzvü də müxtəlif məktəblərə gedərək, yeni dərs ilinin ilk günündə məktəblilər arasında olublar.
Əldə edilən məlumata əsasən, İranda sentyabrın 21-dək ibtidai və orta məktəblərə qəbul üzrə ümumilikdə 14 milyon 369 min 99 şagird qeydiyyatdan keçib.