İİR XİN başçısı Əmir Abdullahiyan
Azərbaycan tərəfindən son mənfi açıqlamalardan təəssüfləndiyini deyib
İranın xarici işlər naziri Azərbaycan Respublikası prezidentinin anti-İran sözlərini təəccübləndirici və təəssüf doğuran hal adlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasının Tehrandakı yeni səfirinin etimadnaməsinin üzünün təqdimatı zamanı Hüseyn Əmir Abdullahiyan fəaliyyəti dövründə səfir üçün uğurlar diləyib. O, həmçinin qonşuluq əlaqələri çərçivəsində qarşılıqlı münasibətlərin önəmini vurğulayıb və Azərbaycan Respublikasının sərhəd qüvvələrinin iranlı yük maşınlarının sürücüləri ilə qeyri-münasib rəftarları və onlardan ikisini həbs etmələrindən narazılıq edib.
Əmir Abdullahiyan həmçinin Azərbaycan Respublikasından son neqativ açıqlamaları təəccübləndirici və təəssüf doğuran adlandırıb.
İranın xarici işlər naziri bu görüşdə ölkələrin öz əraziləri daxilindəki hərbi təlimlərini milli suverenlik haqqı çərçivəsində qiymətləndirib.
Sionist rejimin İran sərhədlərinin kənarındakı hərəkətlərinə işarə edən Əmir Abdullahiyan bildirib ki, İran İslam Respublikası öz milli təhlükəsizliyinə qarşı yönəlmiş sionist rejimin iştirakı və fəaliyyətinə dözməyəcək və bununla bağlı lazım olacaq hər bir addımı atacaqdır.
Azərbaycan Respublikasının Tehrandakı yeni səfiri Əli Əlizadə də ölkəsinin/ Azərbaycan Respublikası üçün qonşu və əziz ölkə olan İran İslam Respublikası ilə yaxşı və dərin əlaqələrini önəmli adlandırıb. Ümidvarlıq edibdir ki, son olaylar iki ölkə rəsmiləri arasında məşvərətlər yolu ilə tezliklə həll ediləcək.