Sen 30, 2021 20:23 Asia/Baku
  • Höccətülislam vəlmüslimin Məhəmməd Əli Ali-Haşim
    Höccətülislam vəlmüslimin Məhəmməd Əli Ali-Haşim

Vəliyyi Fəqihin İranın Şərqi Azərbaycan vilayətindəki nümayəndəsi və Təbrizin imamcüməsi ölkənin şimal-qərbində «Xeybər fatehləri» təlimlərinin keçirilməsinə işarə edib.

SəhərAzəri-nin məlumatına əsasən, Bildirib ki, «Xeybər fatehləri» təlimlərinin qonşular üçün dostluq mesajı var və bu təlimlər hərbçilərin hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində keçirilir.

Höccətülislam vəlmüslimin Məhəmməd Əli Ali-Haşim qeyd edib ki, İranın silahlı qüvvələri sülh qoruyucuları olublar və vardırlar.

O, sonra deyib ki, fitnəkar və işğalçı sionist İsrail rejimi müsəlman ölkələrin səmimi əlaqələrində gərginlik yaratmaq ardıncadır və İnqilab Rəhbərinin işarə etdikləri işğalçı sionist rejimin həyatının təyin edilmiş 25 il ərzində bitəcəyi zamana yaxınlaşdıqca, müsəlman ölkələr arasında ixtilaf yaratmaq üzrə fitnələr daha da artır.

Ali-Haşim «Xeybər fatehləri» təlimlərinin digər bir mesajının qəsbkar və uşaq öldürən İsrail rejiminə yönəldiyini bildirib. Qeyd edib ki, bu fitnələr sionist rejimin həyatının təyin edilmiş 25 il ərzində bitəcəyi zamanı təxirə sala bilməz və bu mühüm tarixi hadisə ondan da tez baş verə bilər.

O, qeyd edib ki, İslami İranın şimal-qərb bölgələri sülh, dostluq və qardaşlıq sərhədləridir və bunu, sərhədin o tayı və bu tayındakı müsəlmanlar yaxşı bilirlər; onlar bu dostluq və qardaşlığın davam etməsini istəyirlər.

Ali-Haşim qonşu ölkələrin məsul şəxslərinə tövsiyə edibdir ki, sionist İsrail rejiminin fitnələrinin tələsinə düşməsinlər, zira dünya müsəlmanlarının müstəmləkəçilik və işğalçılıqla mübarizə üzrə birliyi qorunmalıdır.

 

Teqlər