Kontr-admiral İran: "Yeni kreyserlərin istehsalı İran ordusunun gündəmindədir"
İran Ordusunun Hərbi Dəniz Qüvvələrinin komandanı, qüvvələrin əməliyyat ehtiyacları çərçivəsində yeni kreyserlərin inşasının gündəmdə olduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, kontr-admiral Şəhram İrani ölkənin dəniz donanmasında və müdafiə sənayesində yeni kreyserlərin inşasına və mövcud kreyserlərin modernləşdirilməsinin davam etdiyini bildirərək, qeyd edib ki, kreyserlərin inşası sahəsində özünü təmin etmə həddinə çatmışıq və bu irəliyə doğru hərəkət donanmanın əməliyyat ehtiyaclarına uyğun davam edəcək.
O, İran Ordusunun Dəniz Qüvvələri skadralarının dünyanın Atlantik Okeanı kimi strateji sularında varlığını ilə bağlı deyib: "Bizim şüarımız dəniz yolu ilə dünyanın hər bir yerinə ən sürətli və ən güclü şəkildə çata bilməkdir".
İran Ordusunun Hərbi Dəniz Qüvvələrinin komandanı, bu qüvvələrin eskadralarının azad sularda iştirakının özünə inam, öz ayağı üzərində durmaq və düşmənin zalımcasına sanksiyaları qarşısında dayanmağın simvolu olduğunu bəyan edərək, əlavə edib: "İran ordusunun göndərdiyi qruplar quruluşun gücünü və nüfuzunu göstərir və təhlükəsizlik, sülh, əmin-amanlıq və dostluq mesakı daşıyır".