Ayətullah Sübhani: "İnsan haqqları iddiaçılarının Qunduzdakı terror faciəsi qarşısında susması heyrətləndiricidir"
https://azeri.sahartv.ir/news/İran-i381995-ayətullah_sübhani_İnsan_haqqları_iddiaçılarının_qunduzdakı_terror_faciəsi_qarşısında_susması_heyrətləndiricidir
Qumdakı böyük təqlid mərcələrindən olan Ayətullah Sübhani bir bəyanat yayaraq, Əfqanıstanın Qunduz vilayətində şiələrin məscidinə edilən terror hücumunu qınayaraq, deyib: "İnsan haqqları iddiaçılarının Qunduzdakı terror faciəsi qarşısında susması heyrətləndiricidir".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 11, 2021 17:27 Asia/Baku
  • Ayətullah Sübhani
    Ayətullah Sübhani

Qumdakı böyük təqlid mərcələrindən olan Ayətullah Sübhani bir bəyanat yayaraq, Əfqanıstanın Qunduz vilayətində şiələrin məscidinə edilən terror hücumunu qınayaraq, deyib: "İnsan haqqları iddiaçılarının Qunduzdakı terror faciəsi qarşısında susması heyrətləndiricidir".

SəhərAzəri-nin məlumatına əsasən, Ayətullah Sübhani bu bəyanatda, bu dəhşətli faciənin dindar insanların qəlbini sarsıtdığı bəyan edərək, deyib: "Qəribə məqam budur ki, insan hüquqlarının müdafiəsi iddiasında olan müxtəlif təşkilatlar, həmçinin müsəlmanların həyatını qorumaq iddiasında olan islam dövlətləri bu və buna bənzər hadisələrdə ən kiçik bir reaksiya belə göstərmirlər.

Ayətullah Sübhani daha sonra qeyd edib ki, Əfqanıstan vətəndaşlarını qoruduğunu iddia edən Taliban hökuməti bu mövzuda daha çox məsuliyyətli olmalı, bu cinayəti törədənləri cəzalandırmalı və bu cür faciələrin təkrarlanmasının qarşısını almalıdır.