İranın xəbərdarlığı
İranın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanındakı səfiri və daimi nümayəndəsi MAQATE-nin sionist rejimin nüvə proqramı qarşısında susmasını tənqid edib. Bildirib ki, bu beynəlxalq orqanın nüvə silahlarının yayılmaması müqaviləsi- NPT-nin üzvləri qarşısındakı ikili yanaşması neqativ mesaj göndərir.
SəhərAzəri-nin məlumatına əsasən, Kazım Qəribabadi tvitterdə belə bir sual ortaya qoyub: Nüvə silahlarının yayılmaması müqaviləsinə üzvlüyün faydası nədir?
O, sonra vurğulayıb: Öz müqavilə rejiminin icrasını özünün bütün üzvləri üçün bərabər və ədalətli şəkildə izləmədiyi bir halda, agentliyi necə ciddi, peşəkar və tərəfsiz bir orqan kimi görmək olar?
Qəribabadi daha sonra belə qeyd edib: MAQATE-nin İsrail rejiminin nüvə proqramı qarşısında sükuta dalması və qəflətə qapılması NPT üzvlərinə belə bir neqativ mesaj göndərir ki, bu müqaviləyə üzvlük,/ ən güclü faktaraşdırıcılığı və nəzarəti qəbul etməyə bərabərdir, halbuki ondan kənarda qalmaq, hər cür öhdəlik və tənqiddən azad olmaq və hətta mükafat almaq deməkdir.