İranın XİN sözçüsündən Azərbaycanla bağlı açıqlama
Xətibzadə: “Süni əllərlə əlaqələrin pozulmasına imkan verməməlidirlər”
İran İslam Respublikası Xarici İşlər Nazirlirliyinin sözçüsü rəsmi Bakını əlaqələri zərbə altında qoymamağa çağırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Səid Xatibzadə bu gün Tehranda keçirdiyi həftəlik brifinqind Azərbaycan prezidenti İlham Əliyevin İranın Ermənistanla əlbir olub Avropaya narkotik ticarəti həyata keçirmək iddiası ilə bağlı suala cavab olaraq deyib: “Mənim Azərbaycan Respublikasındakı qardaşlara tövsiyəm budur ki, media müstəvisinə keçmək yerinə diplomatik kanalları açıq saxlayaraq öz mesajlarını buy olla çatdırsınlar. Necə ki, müsbət və dost mesajlarını çatdırmaq üçün həmin kanallardan istifadə edirlər.”
Onun sözlərinə görə, İran müvafiq beynəlxalq təşkilatların etiraf etdiyi kimi beynəlxalq aləmdə narkotik alverinə və bu məşum fenomenə qarşı mübarizədə liderdir. Bu istiqamətdə şəhidlər verib. Əlbəttə ki, Azərbaycan rəsmilərinin bəzi media şərhlərinin məqsədinin nə olduğu İrana aydın məsələdir.
Diplomat Azərbaycan hakimiyyətinə özünü yaxşı aparmağı və İranla bu ölkə arasındakı təbii münasibətlərin süni yollarla pozulmasına imkan verməməyi məsləhət görürüb.
İranın XİN başçsı digər bir sualın cavabında Azərbaycan Respublikasının İrana yaxın sərhədlərdə sionist rejimin qanunsuz varlığına imkan verməsinə Tehranın dözməyəcəyini vurğulayıb.
“Sionist İsrail rejiminin qeyri-qanuni varlığının yaratdığı təhlükələrə bölgədəki bütün ölkələr daha çox diqqət yetirməlidir. Bu rejimin kökləri və mahiyyəti qanda, şiddətdə və terrorda böyüyür və bu məkanda da böyüyə bilər. Onun soxulduğu yerlərdə sui-qəsd və partlayışlar, çevrilişlər və intriqalar meydana çıxır. Fars körfəzinin cənub bölgəsindən tutmuş İranla həmsərhəd şimal ölkələrinə və Şamatın şimal bölgələrinə, o cümlədən Suriyaya qədər işğalçı rejimin getdiyi hər yerdə bunu görürsünüz. Qonşularımıza dostcasına və müxtəlif kanallar vasitəsilə bildirdik ki, İran İslam Respublikası sionist rejimin sərhədlər yaxınlığında qeyri-qanuni mövcudluğuna dözmür və bu mövzuda heç kimlə zarafat etmirik”, - deyə Səid Xətibzadə qeyd edib.