İslami məzhəblərin yaxınlaşdırılması İslam dünyasında strateji bir hərəkətdir
İran prezidenti deyib ki, İmam Xomeyni(r.ə)-in vurğuladığı və İslam İnqilabının Böyük Rəhbərinin hazırda təkid etdikləri islami məzhəblərin yaxınlaşdırılması İslam dünyasında strateji bir hərəkətdir.
SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi 35-ci beynəlxalq islami birlik konfransının açılış mərasimində islami ümmətdə birlik yaratmaq üçün real addımlar atmış şəhid Hacı Qasım Süleymaninin xatirəsini yad edib.
İslami hökumət daxilində birlik zamanının olduğunu dilə gətirən Rəisi belə söyləyib: Belə bir vəziyyətdə tövsiyə edilir ki, ixtilaf və təfriqə salmayın. Təfriqə mahiyyətli sözü dilə gətirməyin və qələm çalarkən ehtiyatlı olun. Bunlar islami hökumət daxilində tövsiyədir ki, vəhdətə qarşı bir söz deyilmiş olmasın. İslami ümmətin birgə məqsədinə baxışda birlik zamanıdır.
O, sonra deyib: İŞİD formalaşarkən bəziləri İŞİD-i əməlli-başlı dərk etmədilər. Elə o zaman İslam İnqilabının Böyük Rəhbəri bildirdilər ki, İŞİD-çilərin hərəkət tərzi sionistlərin hərəkət tərzidir. Bu qədər qan tökmək və cinayət törətmək, bir müsəlmanın işi deyil. Məlum oldu ki, onların amerikan və sionist kökləri var.