Rəisi: "Gələcək çox parlaqdır və İranda ciddi açılışlar olacaq"
İran İslam Respublikası prezidenti, hökumətin Ərdəbil vilayətinin abadlığı və inkişafı üçün planlarına toxunaraq, deyib: "Hökumət, vilayətin kənd təsərrüfatı, turizm, rəqəmsal, yeni texnologiyalar və elmə əsaslanan sahələrdə iqtisadi potensialını aktivləşdirmək əzmindədir".
SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi cümə günü axşam Ərdəbil vilayətində elitalar, din alimləri, şəhid ailələri, müharibə veteranları və bir sıra digər insanlarla görüşdə deyib: "Hökumət vilayətlərdə elm, texnologiya və elm təməlli şirkətlərin inkişafına ciddi şəkildə təkid edir və inanırıq ki, Ərdəbil vilayətində sənaye və kənd təsərrüfatı sahəsində elm təməlli şirkətlərin fəaliyyətinin dəstəklənməsi çoxlu əlavə dəyər gətirə bilər".
Rəisi Ərdəbil vilayətində turizm sənayesinin inkişafı üçün mövcud potensiallara toxunaraq, deyib: "Ərdəbil vilayəti bənzərsiz turistik cazibələrə malikdir və vilayətin turizm iqtisadiyyatına diqqət, məşğulluq və sərvət istehsalı ilə yanaşı vilayətin istehsal və iqtisadiyyat sektorunda canlanmaya səbəb ola bilər".
İran İslam Respublikasının prezidenti dəmir yollarının inkişafını turizm iqtisadiyyatının çiçəklənməsi üçün infrastruktur tədbirlərindən biri hesab edib və deyib: "Ərdəbilin dəmir yolu layihəsi altı ilə istifadəyə verilməli idi, amma təəssüflə illərlə gecikib və bu gün Ərdəbilin dəmir yoluna baxış keçirərkən, rəsmilərə vuğuladım ki, vilayətin dəmir yolu ciddi şəkildə izlənilməli və qısa müddətdə istifadəyə verilməlidir".
Rəisi Ərdəbil vilayətində investisiya qoyuluşunun artırılmasının vacibliyinə diqqət çəkərək, əlavə edib: "Bu vilayət investisiyaların inkişafı üçün lazım olan cazibədarlıqlara malikdir və iki qat səylə vilayətdə investisiya prosesi asanlaşdırılmalıdır".