Səfir öz etimadnaməsini İranın hökumət başçısına təqdim edib
https://azeri.sahartv.ir/news/İran-i382480-səfir_öz_etimadnaməsini_İranın_hökumət_başçısına_təqdim_edib
Azərbaycan səfiri öz etimadnaməsini İranın hökumət başçısına təqdim edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 25, 2021 12:37 Asia/Baku
  • Səfir öz etimadnaməsini İranın hökumət başçısına təqdim edib

Azərbaycan səfiri öz etimadnaməsini İranın hökumət başçısına təqdim edib.

SəhərAzəri-nin məlumatına əsasən, oktyabrın 25-də Azərbaycan Respublikasının İran İslam Respublikasına təyin olunan fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə etimadnaməsini Prezident İbrahim Rəisiyə təqdim edib.

Təqdimatdan sonra keçirilən görüşdə Azərbaycan ilə İran arasındakı əlaqələrin inkişafı perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bundan əvvəl Əli Əlizadənin etimadnaməsini İran XİN rəhbəri Hüseyn Əmir-Abdullahian qəbul etmişdi.