İran Əfqanıstandakı hakim dairə ilə təhlükəsilzik məşvərətİ aparır
-
Hüseyn Əmirabdullahiyan
İranın xarici işlər naziri bildirib ki, İranın Əfqanıstandakı hakim dairə ilə təhlükəsilzik məşvərətləri cərəyan edir.
SəhərAzəri-nin məlumatına əsasən, O, vurğulayıb ki, Əfqanıstandakı hakim dairə bu ölkədə sülh, sabitlik və təhlükəsizliyin yaradılması qarşısında məsuliyyət daşıyır.
Hüseyn Əmirabdullahiyan bu gün Tehranda Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi ilə görüşdən sonra mətbuat konfransında belə deyib: Əfqanıstandakı bütün qövmlərin iştirakı ilə əhatəli hökumətin təşkili ən mühüm siyasi həll yolu kimi qarşıda durur və Əfqanıstandakı bütün tərəflərlə əlaqələrimizi izləməkdə davam edirik.
İranın xarici işlər naziri hazırkı vəziyyətdən çıxış istiqamətində Əfqanıstana yardım üçün İranın bütün sərhəd keçidlərinin açıq olduğunu bildirib. Qeyd edib ki, İran bu ölkənin sərhədləri vasitəsilə Əfqanıstana humanitar yardımların göndərilməsinin asanlaşdırılmasına tamamilə hazırdır.
Əmirabdullahiyan daha sonra belə deyib: Dost və qardaş Pakistanla razılığa gəlmişik ki, sabah Tehranda keçiriləcək Əfqanıstanla qonşu ölkələrin xarici işlər nazirlərinin yığıncağında Əfqanıstanın müvəqqəti hakim dairəsi, dünya ictimaiyyəti və əfqan xalqı üçün vahid mesaj vermiş olaq.